“Yeni medianın sürətli inkişafı, operativlik tələbi və tələskənlik çox vaxt ədəbi dil normalarının pozulmasına səbəb olur. Sosial mediada demək olar ki, heç bir məsuliyyət mexanizmi olmadığından, ədəbi dil qaydalarına əməl olunmur”.Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini Rəşad Məcid deyib.

Onun sözlərinə görə, uzun illər ərzində peşəkar redaksiyaların, xüsusilə qəzet kollektivlərinin ədəbi dil normalarının qorunması istiqamətində böyük səyləri olub. “Yazıçıların və dil mütəxəssislərinin də bu sahədə əhəmiyyətli əməyi var. Ciddi media qurumları üçün Azərbaycan ədəbi dilinin qorunması əsas prioritet olmalı, digər media tələbləri heç vaxt dilin pozulması bahasına başa gəlməməlidir”, – deyə R.Məcid əlavə edib.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın