EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun mühafizə zolağından icazəsiz istifadə olunması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirilib.

Realist.az-a bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, respublika əhəmiyyətli avtomobil yolunun mühafizə zolağından istifadə edilməklə obyektə müvafiq icazə alınmadan giriş-çıxış yolu təşkil olunub.

Qeyd edilib ki, qanunvericiliyə əsasən, respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağı hərəkət hissəsinin mərkəzindən hər bir istiqamət üzrə 30 metr enində müəyyən edilir.

AAYDA-nın tabeliyində fəaliyyət göstərən Avtomobil Yollarının Mühafizə Xidmətinin əməkdaşı tərəfindən də məhz bu qanun pozuntusunun aradan qaldırılması tələb olunub.

Agentlikdən vurğulanıb ki, məqsəd sahibkarlıq fəaliyyətinə mane olmaq deyil, avtomobil yollarından qanunvericiliyə uyğun istifadəni, yol infrastrukturunun qorunmasını və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

Məsələ ilə bağlı ətraflı məlumat təqdim olunan videoda əks olunub.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın