Uşaqlara dəyən zərər ittihamı
ABŞ-ın Ayova ştatının Baş prokuroru Börd OpenAI şirkətinə qarşı məhkəmə iddiası qaldırdığını elan edib. Şirkət uşaqlara zərər vurmaqda, valideynləri aldatmaqda və istehlakçı hüquqlarının pozulması haqqında ştat qanunvericiliyini tapdalamaqda ittiham olunur. Analog iddialar həmçinin Aydaho, Arizona, Arkanzas, Qərbi Virciniya, Kanzas, Montana və Nebraska ştatları tərəfindən də təqdim edilib.
Baş prokurorun bəyanatı: “ChatGPT saxta dost rolu oynayır”
Ayova ştatının Baş prokuroru Börd məsələ ilə bağlı kəskin bəyanatla çıxış edib:
“OpenAI uşaqlara ziyan vurur və Ayova sakinlərini aldadır. OpenAI ChatGPT-nin təhlükəsiz olduğunu iddia etsə də, çat-bot təhlükəli tibbi məsləhətlər verir, insanları başqalarına xətər yetirməyə təşviq edir və intihar etmək üçün təlimatlar təqdim edir – bütün bunları isə saxta dost cildinə girərək edir. Mənim iddam uşaqlarımızı qorumağa və OpenAI-ı ştatımızın qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb etməyə yönəlib”.
Prokuror məhkəmədən OpenAI-ı istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna riayət etməyə, təhlükəli hesab edilən təcrübələri dayandırmağa və şirkətin əməllərindən zərər çəkmiş sakinlərin hüquqlarını bərpa etməyə məcbur etməyi tələb edib.
© Realist Media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
