ABŞ hökuməti Rusiya və Ukrayna arasındakı münaqişənin nizamlanmasında irəliləyişin olmamasından narahatdır və məyusluğunu ifadə edir.

Bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio Hindistanda jurnalistlərə açıqlamasında bildirib.

“Hər iki tərəflə əlaqə saxlanılması vacibdir”

Dövlət katibi diplomatik kanalların açıq qalmasının əhəmiyyətini vurğulayıb:

“Danışıqlarda irəliləyişin olmaması bizi məyus edir. ABŞ üçün həm Ukrayna, həm də Rusiya ilə əlaqələri saxlamaq vacibdir, çünki hər iki tərəflə fikir mübadiləsi aparmadan böhranın həllini tapmaq qeyri-mümkündür.”

M.Rubio həmçinin xəbərdarlıq edib ki, münaqişənin eskalasiyası və onun yeni ərazilərə yayılması riski hələ də yüksək olaraq qalır.

Zelenski ilə telefon danışığı: Kəşfiyyat mübadiləsi dəyişibmi?

ABŞ-nin dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenski ilə 45 dəqiqəlik telefon danışığı keçirib. Danışıq zamanı Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsi məsələsindəki mövqeyi müzakirə olunub.

“Report” xəbər verir ki, bu barədə M.Rubionu Hindistana səfəri zamanı müşayiət edən “CBS News” jurnalisti Cennifer Ceykobs “X” sosial şəbəkəsində paylaşım edib.

Dövlət katibi kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılması ilə bağlı şayiələrə aydınlıq gətirib:

“Prezident Donald Tramp açıq şəkildə bildirdi ki, bu cür dəyişikliklərlə bağlı heç bir göstəriş verməyib, buna görə də heç nə dəyişməyib. Mən dəyişikliklərin baş verdiyi barədə məlumatları görürəm, lakin onlar sadəcə olaraq həqiqətə uyğun deyil.”

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın