EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

ABŞ İranla BİRBAŞA DANIŞIQLARA hazırlaşır: Tramp əsas missiyanı Vensə həvalə etdi

ABŞ Vitse-prezidenti Vens Vaşinqtonun Tehranla əsas danışıqlar aparan nümayəndəsi statusu qazanaraq, İranın təhlükəsizlik xidmətinin yüksək rütbəli rəsmisi ilə şəxsi görüş keçirmək imkanını nəzərdən keçirir.

Realist.az ABŞ və Yaxın Şərq rəsmilərinə istinadən xəbər verir ki, Prezident Donald Tramp son günlər əsas köməkçilərini və həmkarlarını Vens vasitəsilə İranla danışıqların bərpasına açıq olduğuna əmin edib və ona bu istiqamətdə rəsmi səlahiyyətlər verib.

Bununla belə, Vensin İran rəsmiləri ilə birbaşa görüşə göndərilməsi ilə bağlı müzakirələrin hələlik ilkin xarakter daşıdığı qeyd olunur.

Böyük siyasi risk, yoxsa tarixi qələbə?

Müşahidəçilərin fikrincə, Vensin İranla danışıqlarda əsas vasitəçi kimi çıxış etməsi siyasi baxımdan ciddi risk daşıyır. Belə ki, Tehran əhəmiyyətli güzəştlərə getməkdən imtina edərsə, Vens uğursuzluqla nəticələnən növbəti sülh raundunun əsas fiquruna çevrilə bilər.

Digər tərəfdən isə proses müsbət yekunlaşacağı təqdirdə, o, cəmiyyətdə dəstəklənməyən münaqişəyə son qoyan əsas qalib kimi siyasi dividend qazanacaq.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın