Birləşmiş Ərəb Əmirliklərinin poytaxtı Abu-Dabidə Ukrayna nümayəndə heyətinin Qərb tərəfdaşları ilə görüşü start götürüb. Danışıqlarda Böyük Britaniya, Fransa, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri iştirak edirlər.
Realist.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri və Ukrayna nümayəndə heyətinin başçısı Rüstəm Umerov məlumat verib.
Məlumata görə, görüşün növbəti mərhələsində diplomatik müzakirələrə ABŞ-ın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner de qoşulacaqlar.
Müzakirələrin əsas məqsədi və prioritetlər
Abu-Dabi görüşü çərçivəsində tərəflərin razılaşdırdığı əsas istiqamətlər aşağıdakılardır:
-
Mövqelərin uyğunlaşdırılması: Ukrayna və Qərb tərəfdaşları təhlükəsizlik zəmanətləri, müharibənin dayandırılması şərtləri və müharibədən sonrakı bərpa məsələlərində ümumi mövqelərini dəqiqləşdirirlər.
-
ABŞ heyətinin iştirakı: Vaşinqtonu təmsil edən Stiv Vitkoff və Cared Kuşner üçtərəfli danışıqlar raundundan öncə avropalı müttəfiqlərlə konsultasiyaları yekunlaşdıracaqlar.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

