EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

 

20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə rayonun 2026-cı ilin ilk 10 ayı üzrə sosial-iqtisadi göstəriciləri açıqlanıb.

Realist.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci il noyabrın 20-də işğaldan azad edilən Ağdam rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri davam etdirilir.

Bildirilib ki, 2026-cı ilin yanvar-oktyabr aylarında rayonda 959 milyon 305,6 min manatlıq sənaye məhsulu istehsal olunub.

Həmin dövrdə kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri 246 milyon 914,2 min manat təşkil edib. Bunun 159 milyon 90,7 min manatı bitkiçilik, 87 milyon 823,5 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb.

Qeyd olunub ki, 2026-cı ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 494 milyon 370 min manat investisiya yönəldilib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın