Avropa İttifaqı (Aİ) gələn il Kiyevin üzləşəcəyi 70 milyard avroluq maliyyə kəsirini azaltmaq səyləri çərçivəsində Kanada və Böyük Britaniyanı Ukraynaya dəstəyi artırmağa inandırmağa hazırlaşır. Bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, müzakirələrin başlamasına Ukraynanın hərbi xərclərinin artması, beynəlxalq tərəfdaşlar tərəfindən əvvəllər vəd edilmiş 45 milyard avronun ayrılmasında yaranan gecikmələr, həmçinin ABŞ-ın mövqeyinin “Moskvanın xeyrinə doğru dəyişməsi” səbəb olub.

Aİ 2026 və 2027-ci illər üçün Ukraynanın ehtiyaclarının təxminən üçdə ikisini ödəyəcək 90 milyard avro məbləğində kredit ayırıb. Brüssel Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya və Norveç də daxil olmaqla digər tərəfdaşların daha 45 milyard avro təmin edəcəyini gözləyirdi. Lakin bu vəsaitlərin böyük hissəsi ləngidilir, çünki digər ölkələrin hökumətləri Brüsselin gözlədiyi dəstəyin həcmi ilə bağlı hələ tam qərar verməyiblər.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın