Reklam

Dini konfessiya rəhbərləri Zəfər Tağı abidəsini ziyarət etdilər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə və ölkədəki digər dini konfessiyaların nümayəndələri 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər Tağı abidəsini ziyarət ediblər.

Realist.az xəbər verir ki, ziyarət zamanı dini rəhbərlər Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib, onların ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə münasibətilə ölkə ərazisində və xaricdə silsilə anım və bayram tədbirləri keçirilir.

Reklam

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın