EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycan ilə Vyetnam arasında coğrafi məsafənin böyük olmasına baxmayaraq, iki ölkənin iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsində ortaq maraqları mövcuddur. Mövcud potensial birgə investisiyaların yatırılması, üçüncü ölkələrdə layihələrin həyata keçirilməsi və beynəlxalq məsələlərdə mövqelərin yaxınlaşdırılması üçün geniş imkanlar yaradır.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Realist.az-a açıqlamasında Prezident İlham Əliyevin Vyetnama rəsmi səfərinin əhəmiyyətindən danışarkən belə deyib.

Deputat bildirib ki, Azərbaycanla Vyetnam arasında məsafənin uzaq olması münasibətlərin inkişafına maneə yaratmır. Əksinə, hər iki ölkə yeni iqtisadi modelə keçid, dünya birliyində mövqelərini möhkəmləndirmək və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək istiqamətində maraq nümayiş etdirir.

Onun sözlərinə görə, Vyetnam təxminən 100 milyon nəfərə yaxın əhalisi, geniş ərazisi, Çin və Sakit okean regionu ölkələri ilə iqtisadi əlaqələri olan dövlətdir. Son dövrlərdə bazar münasibətlərinə daha çox üstünlük verilməsi ölkənin iqtisadi inkişafı üçün yeni imkanlar açır.

A.Mirzəzadə qeyd edib ki, bütün bunlar Azərbaycan və Vyetnam arasında birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Ölkələr qarşılıqlı investisiyalar yatırmaqla yanaşı, üçüncü dövlətlərdə də ortaq iqtisadi layihələr reallaşdıra bilərlər.

Deputat əlavə edib ki, əməkdaşlığın perspektivləri yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Beynəlxalq münasibətlər sistemində mövcud problemlərlə bağlı mövqelərin yaxınlaşdırılması və ayrı-ayrı məsələlərdə vahid mövqedən çıxış edilməsi də qarşılıqlı əlaqələrin mühüm istiqamətlərindən biri ola bilər.

A.Mirzəzadənin fikrincə, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri hər iki ölkənin milli maraqlarına cavab verir və ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın