Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib.
“Realist.az”ın Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% çoxdur.
Məhsul ehtiyatları azalıb
Açıqlanan statistikaya əsasən, bu ilin oktyabr ayının 1-i vəziyyətinə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı formalaşıb. Bu isə bir il öncəki müvafiq göstərici ilə müqayisədə 15,2% azdır.
Qida sənayesində ümumi artım dinamikası
Hesabat dövründə Azərbaycanın qida sənayesində də ümumi canlanma müşahid olunub. Ümumilikdə ölkə üzrə 3 milyard 963,6 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 6,4% artım deməkdir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
