Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 20 milyard 654,4 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsinindən Realist.az-a bildirilib ki, ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,03 faiz artıb.
Hesabat dövründə ixrac edilən təbii qazın dəyəri isə 7 milyard 932,1 milyon dollar təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur.
Xatırladaq ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan 20 milyard 648,8 milyon kubmetr, dəyəri 7 milyard 417,8 milyon dollar olan təbii qaz ixrac edilib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


