Ankara və İstanbulun məşhur rəmzləri Azərbaycan bayrağının rənglərinə büründü
8 Noyabr – Zəfər Günü münasibətilə qardaş Türkiyənin Ankara və İstanbul şəhərlərindəki əsas görməli yerlər və memarlıq abidələri Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, Azərbaycanın tarixi Qələbəsinin növbəti ildönümü münasibətilə hər iki meqapolisin məşhur rəmzləri al-qırmızı, yaşıl və mavi rənglərə bürünüb.
Bu vizual işıqlandırma aksiyası Türkiyə və Azərbaycan arasındakı sarsılmaz qardaşlığın və həmrəyliyin növbəti bariz nümunəsi olub
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

