Azərbaycanı təmsil edən İmran və İbrahim Novruzi qardaşları Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Mental Arifmetika Olimpiadasında böyük uğura imza atıblar.
Realist.az xəbər verir ki, beynəlxalq miqyaslı bilik yarışında təmsilçilərimiz yüksək nəticələr göstərərək fəxri kürsüyə qalxıblar.
Olimpiadada İmran Novruzi öz kateqoriyası üzrə birinci yerə layiq görülüb və qızıl medal qazanıb.
İbrahim Novruzidən “Super Çempion” titulu və pul mükafatı
Müsabiqədə uğur qazanan digər təmsilçimiz — İmranın kiçik qardaşı İbrahim Novruzi isə öz yaş və bilik kateqoriyasında analoqsuz nəticə göstərərək “Super Çempion” titulunu qazanıb. İbrahim əldə etdiyi bu yüksək göstəriciyə görə xüsusi kubokla yanaşı, pul mükafatı ilə də təltif olunub.
-
Yarışın tarixi: Oktyabrın 31-dən noyabrın 1-dək;
-
Məkan: Antalya şəhəri, Türkiyə;
-
Miqyas: Mötəbər turnirdə dünya üzrə 16 ölkənin ən güclü nümayəndələri mübarizə aparıblar.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
