EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi çərçivəsində Bakıda iki ölkənin müdafiə nazirliklərinin nümayəndələrinin iştirakı ilə ekspert görüşü təşkil olunub.

Realist.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən keçirilən görüş pilotsuz sistemlərin tətbiqi və hərbi bölmələrin hazırlıq imkanlarının artırılması məsələlərinə həsr edilib.

Müzakirələr zamanı Azərbaycan və Serbiya silahlı qüvvələrinin arsenalında olan pilotsuz uçuş sistemlərinin imkanları, bu vasitələrdən istifadə edən bölmələrin fəaliyyətinin təşkili və texniki təminat məsələləri diqqət mərkəzində olub.

Tərəflər, həmçinin pilotsuz uçuş sistemlərinin əməliyyat şəraitində tətbiqi, radioelektron mübarizə vasitələrinin onların fəaliyyətinə təsiri və hava hücumundan müdafiə sistemlərinin təsirindən qorunma üsulları barədə fikir mübadiləsi aparıblar. Görüş iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Ekspert görüşü iki ölkənin hərbi qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsi, pilotsuz sistemlər üzrə bilik və təcrübə mübadiləsinin artırılması, eləcə də hərbi bölmələrin hazırlıq imkanlarının təkmilləşdirilməsi baxımından əhəmiyyətli olub.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın