Naxçıvan Muxtar Respublikasının Babək rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Realist.az AZƏRTAC-a istinadən xəbər verir ki, qəza rayonun Yarımca kəndi ərazisində qeydə alınıb. Belə ki, “Changan” və “AZSamand” markalı minik avtomobilləri toqquşub.
Qəzada xəsarət alanların siyahısı:
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər:
-
1982-ci il təvəllüdlü Qənbərov Mehman Qənbər oğlu;
-
1988-ci il təvəllüdlü Məmmədov Anar Asəf oğlu;
-
1988-ci il təvəllüdlü Şirinov Seyhun Əsəd oğlu;
-
1990-cı il təvəllüdlü Qənbərova Nuranə Hidayət qızı;
-
1991-ci il təvəllüdlü Qənbərzadə Nərmin İsmayıl qızı.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.



© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


