“Bakı Metropoliteni” QSC-nin Yaşıl və Qırmızı xətlərinin ayrılması layihəsi çərçivəsində indiyə qədər tunelin 63 metrlik hissəsində qazma işləri uğurla icra olunub.

Bu barədə “Realist.az”a açıqlamasında səhmdar cəmiyyətinin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev bilgi verib.

211 metrlik tunelin qazıntısı qrafikə uyğun aparılır

Metro rəsmisi xatırladıb ki, layihə üzrə ümumi uzunluğu 211 metr olan tunelin qazılması nəzərdə tutulub:

“İşlər tam planlı şəkildə və təsdiq olunmuş qrafikə uyğun olaraq fasiləsiz davam etdirilir.”

Beynəlxalq tenderə hazırlıq gedir

Məmməd Rzayevin sözlərinə görə, Qırmızı və Yaşıl xətlərin uzadılması müasir standartlara cavab verən kompleks bir layihədir:

“Belə miqyaslı layihələri beynəlxalq maliyyə təşkilatları maliyyələşdirir. Artıq layihə bazasında müvafiq prosedurlar davam etdirilir və beynəlxalq tender prosesinə hazırlıq görülür. Tenderin qalibi elan olunduqdan dərhal sonra əsas tikinti işlərinə start veriləcək.”

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın