Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son bir həftə ərzində Bakı, Abşeron, Yevlax və Ağstafa rayonlarında nəzarət tədbirləri keçirib. Araşdırmalar zamanı yaşıllıqların qanunsuz kəsilməsi faktları üzə çıxıb.Məlumata görə, Suraxanı rayonu Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsi, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi H.Ağamalıyev küçəsi, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 34 ünvanı, Yevlax rayonu Yeni Çobankərə kəndi və Ağstafa rayonu Poylu qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 36 380 manat ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə dəyərləndirmə cinayət tərkibi yaratdığı üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Hadisələrlə bağlı araşdırmalar davam edir.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın