Bakıda FIFA U-15 dünya çempionatının açılış mərasimi keçirilib: 189 ölkə mübarizə aparır

Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının rəsmi açılış mərasimi baş tutub.

“Realist.az”ın məlumatına görə, təntənəli tədbir Bakı Kristal Zalında gerçəkləşib.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Təşkilat Komitəsinin sədri Samir Şərifov və FIFA prezidenti Canni İnfantino çıxış edərək U-15 dünya çempionatının qlobal futbol və gənc istedadların yetişməsi baxımından mühüm önəmini vurğulayıblar.

Rəsmi şəxslərin çıxışından sonra tədbir rəngarəng bədii proqramla davam edib. Mərasimin sonunda FIFA-nın və turnirdə iştirak edən ölkələrin bayraqları təntənəli şəkildə meydana gətirilib.

1000-ə yaxın qarşılaşma keçiriləcək

Bu gün start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar mübarizə aparırlar. Ümumilikdə çempionat çərçivəsində 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.

Noyabrın 30-da yekunlaşacaq çempionatın oyunları əsasən Hövsan Yarış Kompleksində təşkil olunacaq. Açılış və final qarşılaşmalarına isə Bakı Kristal Zalı ev sahibliyi edir.

Azərbaycan millisinin oyun cədvəli

Azərbaycanın U-15 yığma komandası turnirdəki ilk matçına bu gün Bakı Kristal Zalında Timor-Leste seçməsinə qarşı çıxıb.

Millimizin növbəti oyunlarının cədvəli:

  • 25 oktyabr (saat 12:45): Azərbaycan – Andorra (Hövsan Yarış Kompleksi, 10A meydançası)

  • 25 oktyabr (saat 19:30): Azərbaycan – Avstraliya (Hövsan Yarış Kompleksi, 10A meydançası)

  • 26 oktyabr (saat 11:30): Azərbaycan – İsrail (Hövsan Yarış Kompleksi, 10A meydançası)

  • 26 oktyabr (saat 18:15): Azərbaycan – Haiti (Hövsan Yarış Kompleksi, 10A meydançası)

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın