Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Realist.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.

Vurğulanıb ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın