Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin “Quşçuluq” yaşayış massivi ərazisində yaşayan sakinlərin ictimai nəqliyyata olan tələbatı nəzərə alınaraq yeni marşrut xətti istifadəyə verilir.
Oktyabrın 18-dən etibarən Bakı metrosunun “Əhmədli” stansiyasından qeyd olunan məntəqələrə 218 nömrəli yeni müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
218 nömrəli avtobus marşrutunun iş rejimi və şərtləri:
-
Avtobusların növü: Marşrut xəttində ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunmuş müasir nəqliyyat vasitələri istismar ediləcək.
-
Hərəkət saatları: Avtobuslar səhər saat 06:00-dan gecə 23:00-dək fəaliyyət göstərəcək.
-
Hərəkət intervalı: Xətt üzrə interval 12-15 dəqiqə təşkil edəcək.
-
Ödəniş və gedişhaqqı: Marşrutda ödənişlər tam nağdsız qaydada həyata keçiriləcək. Bir gediş üçün xidmət haqqı 0,80 manat müəyyən edilib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
