Azərbaycan 14 İran vətəndaşını “persona non grata” elan etdi – Siyahıda kimlər var?

Azərbaycan əleyhinə sosial şəbəkələrdə çağırışlar edən və düşmənçilik təbliğatı aparan 14 İran vətəndaşı “persona non grata” elan edilib.

Realist.az-ın APA-ya istinadən verdiyi məlumata görə, həmin şəxslərin Azərbaycana girişi qadağan olunub.

Qeyd olunur ki, bu siyahıya Azərbaycanın suverenliyinə, təhlükəsizliyinə və dövlət idarəçiliyi sisteminə qarşı çıxış edən din xadimləri, İran parlamenti (Məclis) deputatları, ekspertlər və media nümayəndələri daxil edilib. Həmçinin bildirilir ki, bu şəxslər dini radikalizmi təbliğ edir, dini ədavət və düşmənçiliyi qızışdırmağa cəhdlər göstərir, eləcə də hakimiyyətin zorakılıqla dəyişdirilməsinə çağırışlar edirlər.

Siyahıda olanlar arasında anti-Azərbaycan çıxışları ilə tanınan iranlı politoloq Ehsan Movahedyanın və İranın hökumətyönlü “Kayhan” qəzetinin baş redaktoru Şəriətmədarinin də adları var.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın