Hazırda Bakı şəhərinin bir sıra ana arterial yollarında və mərkəzi küçələrində nəqliyyat vasitələrinin kəskin sıxlığı müşahidə olunur.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) rəsmi məlumat yayıb.
Sıxlıq müşahidə olunan küçə və prospektlərin siyahısı
NİİM-in təqdim etdiyi son operativ məlumatlara əsasən, paytaxtın aşağıdakı istiqamətlərində həərəkət çətinləşib:
-
Bakı-Sumqayıt şosesi: “20 Yanvar” metrostansiyası istiqamətində;
-
Alı Mustafayev küçəsi: Ziya Bünyadov prospekti istiqamətində;
-
Ziya Bünyadov prospekti: Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
-
Tbilisi prospekti: “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
-
Heydər Əliyev prospekti (köməkçi yol): Mərkəz istiqamətində;
-
8 Noyabr prospekti: Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
-
28 May küçəsi: Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
-
Əbdülvahab Salamzadə küçəsi: Ziya Bünyadov prospekti istiqamətində;
-
Əbdülvahab Salamzadə küçəsi: “Qələbə” dairəsi istiqamətində;
-
1-ci Göl kənarı yolu: Ziya Bünyadov prospekti istiqamətində.
Sürücülərə imkan daxilində alternativ yollardan istifadə etmək və nəqliyyatın sıx olduğu zonalarda ara məsafəsini gözləmək tövsiyə olunur.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
