Bu gün paytaxt Bakının Nəsimi rayonunun bir sıra ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.
Realist.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, məhdudiyyət təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.
Qazın verilişi hansı ünvanlarda dayanacaq?
Məlumata görə, saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun aşağıdakı ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq:
-
5-ci Mikrorayon;
-
3005-ci məhəllə;
-
20 Yanvar küçəsi.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


