Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” və “Hapoel” komandaları arasındakı matçda yaşanan iğtişaşlar fonunda Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı Maka Boçorişvili ilə telefon danışığı aparıb.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, Batumidəki oyunda baş verən insidentə reaksiya verən Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak “Beşiktaş” azarkeşlərinə qarşı Gürcüstan təhlükəsizlik qüvvələrinin qeyri-mütənasib müdaxiləsini qətiyyətlə pislədiyini bildirib.
“Biz idmanın universal dəyərlərinə zidd olan hər cür ayrı-seçkiliyə və ədalətsizliyə qarşıyıq”, — deyə nazir özünün “X” sosial şəbəkə hesabında yazıb.
Prezident Ərdoğan “Beşiktaş” rəhbəri ilə danışıb
Məlumata görə, hadisə ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə “Beşiktaş” futbol klubunun prezidenti Serdal Adalı arasında da telefon danışığı baş tutub.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


