Sedrak Koçaryan barəsində həbs qətimkan tədbirinin müddəti uzadıldı

İşğalçı və cani Robert Koçaryanın oğlu Sedrak Koçaryanın həbs müddəti uzadılıb. Həbs müddəti daha iki ay artırılıb.

Bu barədə ölkənin Antiinkorrupsiya Məhkəməsi qərar qəbul edib. O, ilk dəfə avqustun 25-də iki ay müddətinə həbs edilmişdi.

Sedrak Koçaryan nə də ittiham olunur?

Məhkəmə prosesində Ermənistanın eks-prezidentin böyük oğluna qarşı ağır ittihamlar irəli sürülüb. Sedrak Koçaryan xüsusilə külli miqdarda pul mənimsəməkdə günahlandırılır.

O, həmçinin çirkli pulların yuyulmasında ittiham olunur. Bununla yanaşı, Sedrak Koçaryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadəyə köməklik etmək və xüsusilə külli miqdarda rüşvət almaq ittihamları da var.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın