Ötən gün sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Çıraq Palace” şadlıq sarayında müştərilərə iylənmiş ətdən hazırlanmış yeməklərin təqdim edildiyi iddia olunan video yayılmışdı.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq qrumdan sorğumuza cavab olaraq bildirildi ki
“Çıraq Palace” şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib.
Yoxlama Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, SÜLEYMAN.SANİ. Axundov küçəsi, ev 20A ünvanında yerləşən, fiziki şəxs Yusifov Həsən Fuad oğluna məxsus qida obyektində aparılıb.
Baxış zamanı ətlərin müvafiq temperatur rejimində saxlanılmadığı və donunun açılması prosesinin düzgün aparılmadığı müşahidə edilib. Yoxlama zamanı digər nöqsanlar da aşkarlanıb.
Aşkarlanmış faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müşayiətedici sənədləri təqdim olunmayan məhsulların istifadəsi məhdudlaşdırılıb. Eyni zamanda, dondurucu anbarda işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb. təqdim edildiyi iddia olunan görüntülər yayılıb.
Qida təhlükəsizliyinin təmin olunması üçün nəzarət tədbirləri ilə yanaşı, hər bir müəssisənin məsuliyyətli yanaşması da vacibdir. Çünki söhbət təkcə süfrəyə təqdim olunan yeməklərdən deyil, insanların sağlamlığından gedir.

“Çıraq Palace” müştərilərə keyfiyyətsiz ərzaqlardan hazırlanmış yeməklər təqdim edən yeganə restoran deyil. Əgər oxucularımızdan kimsə belə hallarla rastlaşarsa, bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

 

Asiman Hafizqızı 

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın