Astanadan şad xəbər: İki yunan-Roma güləşçimiz dünya çempionatında finala yüksəldi
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan milli komandası ilk böyük uğurunu qazanıb.
“Realist.az”ın verdiyi məlumata görə, yarışın ilk günündə xalça üzərinə çıxan yunan-Roma güləşçilərimizdən ikisi qızıl medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.
Eldəniz Əzizli və Sənan Süleymanov finalda
Milli komandamızın liderləri – Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq adlarını finala yazdırıblar.
Digər təmsilçilərimiz Murad Məmmədov (60 kq) və Qurban Qurbanov (82 kq) isə gərgin keçən 1/4 final mərhələsində rəqiblərinə məğlub olaraq çempionluq şansını itiriblər.
Xatırladaq ki, Astanadakı mötəbər dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
