Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Türkiyə Prezidentindən müstəqillik təbriki və TDT Zirvə Görüşünə dəvət

Telefon danışığı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib.

Türkiyə dövlət başçısı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb. Həmçinin Ərdoğan Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşünə dəvət edib.

İlham Əliyevdən təşəkkür və müttəfiqlik vurğusu

Prezident İlham Əliyev telefon zənginə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə çatdırılan samimi təbriklərə görə Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

Dövlət başçısı öz növbəsində sarsılmaz Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın