Ərdoğan: “Ankara Ermənistan və Azərbaycan arasındakı sülh prosesini diqqətlə izləyir və dəstəkləyir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib.
Realist.az xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin normallaşması prosesini, əldə olunmuş razılaşmaların icrasını və ticarət-iqtisadi əlaqələrin inkişafını müzakirə ediblər. Əsas diqqət regionda kommunikasiyaların bərpasına, o cümlədən TRIPP layihəsinin reallaşdırılmasına yönəldilib.
Sülh prosesinə konstruktiv dəstək
Ərdoğan qeyd edib ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesi konstruktiv addımlar sayəsində davam edir. O vurğulayıb ki, tərəflər artıq bir sıra rəmzi, lakin mühüm addımlar atıblar.
Bununla yanaşı, Türkiyə dövlət başçısı Ankaranın Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesini diqqətlə izlədiyini və bu prosesi tam şəkildə dəstəklədiyini bəyan edib.
Öz növbəsində, Paşinyan İzmirdəki metallurgiya zavodunda baş verən partlayış nəticəsində həlak olanlarla bağlı Ərdoğana başsağlığı verib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

