Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Gününə həsr olunan paradı açıq elan edərək çıxış edib. Ölkə başçısı nitqində bildirib ki, Ermənistan isə düzgün nəticə çıxara bilməmiş və İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdır. Bizə qarşı yeni ərazi iddiaları irəli çıxış etməyə başlamışdır. Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, yeni torpaqlar uğrunda yeni müharibə aparacaq və Azərbaycanın tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, deyirdilər ki, Bakıda çay içəcəklər.

Əslində onların bu arzuları həyata keçdi, onları biz gerçəkləşdirdik. Onların tankları bu gün hərbi Qənimət Parkında nümayiş etdirilir, erməni hərbi cinayətkarları bugün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayı içirlər.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın