İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzinin akvatoriyasında dörd gəmiyə birbaşa zərbələr endirildiyini açıqlayıb.

Bbu barədə SEPAH-ın yaydığı rəsmi bəyanatda bildirilib.

Gəmilərdə yanğınlar baş verib, Hörmüz boğazında minaya düşənlər var

İran tərəfinin iddialarına görə, endirilən zərbələrdən dərhal sonra hədəf alınan gəmilərdə güclü yanğınlar başlayıb.

Bəyanatda həmçinin qeyd olunub ki, strateji əhəmiyyətli Hörmüz boğazının qərb hissəsində daha üç gəmi minaya düşərək zədələnib.

SEPAH-dan ABŞ-a açıq xəbərdarlıq: “Baza və obyektlər vurulacaq”

Sənəddə Birləşmiş Ştatların hərbi rəhbərliyinə də ciddi xəbərdarlıq ünvanlanıb.

SEPAH rəsmiləri bildiriblər ki, ABŞ Silahlı Qüvvələri tərəfindən hər hansı növbəti hərbi eskalasiya addımı atılacağı təqdirdə, regionda yerləşən ABŞ hərbi bazaları İran qüvvələrinin birbaşa hədəfinə çevriləcək.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın