Fransanın bəzi şəhərlərində etiraz aksiyaları səbəbindən “qismən komendant saatı” tətbiq edilib
Fransanın baş naziri Lekornyu (Lecornu) regional hakimiyyət orqanlarına bu axşamdan etibarən bəzi şəhərlərdə komendant saatı tətbiq etməyi tapşırıb. Onun sözlərinə görə, məhdudiyyətlər nümayişlər zamanı yaranmış iğtişaşlardan özəl sektoru qorumaq məqsədilə “qismən” və “yerli xarakterli” olacaq.
Nazir komendant saatının hansı şəhərlərdə tətbiq olunacağını və hansı formada fəaliyyət göstərəcəyini dəqiqləşdirməyib, baxmayaraq ki, bütün Paris üzrə tam komendant saatının tətbiqi ehtimalını istisna edib.
Ölkənin ticarət nazirinin məlumatına görə, 3000 müəssisə, xüsusilə mağazalar və ticarət obyektləri zərər çəkib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
