Hakan Fidandan İstanbulda kritik bəyanat: “İrana hərbi müdaxilə problemi həll etməyəcək”
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İrana qarşı ola biləcək yeni hərbi hücumların Yaxın Şərqdəki münaqişəni daha da alovlandıracağı barədə xəbərdarlıq edib.
“Realist.az”ın məlumatına görə, İstanbulda keçirilən R4+E3 formatındakı XİN rəhbərlərinin görüşündən sonra çıxış edən diplomat regional gərginliyin yalnız diplomatiya yolu ilə aradan qaldırıla biləcəyini vurğulayıb.
“Hazırda heç kim İrana hərbi hücumu dəstəkləmir”
Hakan Fidan bəyanatında İstanbul görüşünün iştirakçılarının vahid mövqedən çıxış etdiyini bildirib:
“İrana hərbi müdaxilə heç bir halda mövcud böhranın həll yolu ola bilməz. Hazırda beynəlxalq aləmdə heç bir tərəf bu ssenarini dəstəkləmir. Bütün iştirakçılar müharibənin təcili dayandırılmasının və fikir ayrılıqlarının masa arxasında çözülməsinin tərəfdarıdır.”
Türkiyə XİN rəhbəri həmçinin qlobal iqtisadiyyat və enerji bazarları üçün strateji əhəmiyyət kəsb edən Hörmüz boğazının tezliklə tam naviqasiyaya açılmasının və münaqişənin bazarlara mənfi təsirlərinin aradan qaldırılmasının vacibliyini qeyd edib.
Sammitdə Rusiya–Ukrayna müharibəsi də müzakirə olunub
Türkiyə, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Almaniya, Fransa və İtaliyanın xarici işlər nazirlərinin qatıldığı R4+E3 platformasında digər qlobal münaqişələr də diqqət mərkəzində olub.
Görüş iştirakçıları Rusiya və Ukrayna arasında hərbi əməliyyatların kəsilməsi, davamlı atəşkəsin təmin olunması və tezliklə sülh sazişinin imzalanması istiqamətində çağırış ediblər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
