EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Rusiya neftində son 3 ilin REKORD ENDİRİMİ: Hörmüz boğazından tədarükün artması Moskvanı çətin vəziyyətə saldı

Rusiya Yaxın Şərqdən neft tədarükünün bərpa olunması və Hindistan tərəfindən alışların azaldılması fonunda öz neftini son üç ilin ən yüksək endirimləri ilə satmağa başlayıb.

Realist.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, “Argus” qiymət agentliyinin məlumatına görə, noyabrın 1-dən 6-dək olan həftədə Baltik dənizi limanlarında və Novorossiyskdə “Urals” markalı neft “Brent” etalon markasına nisbətən müvafiq olaraq barel başına 31 və 33 dollar endirimlə (diskontla) təklif edilib. Bu, 2023-cü ilin aprelindən bəri qeydə alınan ən yüksək endirim səviyyəsidir. Agentliyin analitikləri bu dinamikanı tələbatın məhdud olması və daşınma xərclərinin yüksəkliyi ilə izah ediblər.

İxrac həcmi sabit qalsa da, rəqabət kəskinləşib

Bununla belə, qeyd olunan həftə ərzində Baltik limanlarından gündəlik təxminən 1,5 milyon barel neft ixrac edilib ki, bu da oktyabrın əvvəlindəki göstərici ilə eynidir. Novorossiyskdən “Urals” ixracı da aylıq müqayisədə demək olar ki, dəyişməyərək gündəlik 762 min barel təşkil edib.

“Dünya neft bazarında rəqabətin artdığını müşahidə edirik. Fars körfəzi ölkələrindən artan tədarük həcmləri Urals üçün ciddi rəqib kimi çıxış edir”, – deyə “BKS Mir İnvestisiy” şirkətinin Rusiya səhmlərinin analitikası mərkəzinin rəhbəri Baxtin bildirib.

Hindistan bazarında Fars körfəzi nefti Rusiyanı geridə qoydu

“Kpler” analitik şirkətinin məlumatlarına əsasən, noyabr ayında Hörmüz boğazı vasitəsilə Hindistana neft tədarükü gündəlik 2,1 milyon barelə qədər yüksəlib. Bu göstərici Rusiyadan edilən idxalı üstələyib – belə ki, Hindistanın Rusiyadan neft idxalı gündəlik 1,8 milyon barel səviyyəsində olub.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın