Rusiya Federasiyası Ermənistana rəsmi İrəvanın ölkəyə Rusiya qazının fasiləsiz tədarükünü təmin etməsi üçün bir sıra şərtlər və tələblər irəli sürüb. Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, tələblər siyahısına aşağıdakılar daxildir:
-
Rusiya Dəmir Yolları (RDY), “Qazprom” və 102-ci Rusiya hərbi bazasına qarşı addımlardan imtina edilməsi;
-
Ölkənin Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma kursuna yenidən baxılması;
-
Rusiya meylli siyasi xadimlərin “təqib olunmasının” dayandırılması;
-
Rusiya Federasiyası üçün “qəbul edilən” vitse-baş nazirin təyin olunması.
Qəzet qeyd edir ki, Baş nazir Nikol Paşinyan “əsrlərlə formalaşmış siyasi xəttə uyğun olaraq, mahiyyətcə artıq bu tələbləri yerinə yetirməyə başlayıb”. Xüsusilə, Rusiya kapitalı ilə bağlı əvvəlki planlardan imtina edilməsi, habelə AİƏB (Avrasiya İqtisadi İttifaqı) və MDB tədbirlərində iştirak buna misal göstərilir.
© Realist Media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
