Astronomlar kainatda ilk dəfə insan gözünün yaşıl rəngdə qəbul etdiyi unikal bir ulduz aşkar ediblər.
“Realis!tin CNN-ə istinadən verdiyi xəbərə görə, kəşf barədə araşdırma “RAS Techniques and Instruments” jurnalında dərc olunub.
Günəşə bənzər ölü ulduzun qalıqları
Kəşf edilən obyekt ağ cırtdan – vaxtilə Günəşə bənzəyən ölü bir ulduzun sıxışmış qalığıdır. Bu obyekti Yerdən adi gözlə və ya birbaşa görmək mümkün olmadığından, alimlər onun rəngini spektral analiz məlumatlarına əsasən hesablayıblar.
Tədqiqatçılar Yerdən 65 işıq ili məsafəsində yerləşən 151 ağ cırtdanı araşdırıblar. Tədqiqatın aparıcı müəllifi, Uorvik Universitetinin astrofiziki Mark Hollands bildirib ki, ulduzun yaşıl çalara sahib olması onun atmosferindəki kalsium, natrium və litium elementlərindən qaynaqlanır.
“Adətən ulduzlar narıncı, ağ və ya mavi rəngdə olur”, – deyə Hollands vurğulayıb.
karbon səbəbindən çəhrayı görünən ulduz da tapıldı
Alimlərin sözlərinə görə, ağ cırtdanların bu cür qeyri-adi rənglərə bürünməsinə heliumun digər kimyəvi elementlərlə reaksiyası səbəb olur. Hətta tədqiqat zamanı tərkibində yüksək miqdarda karbon molekulu olan və bu üzdən çəhrayı görünən başqa bir ulduz da kəşf edilib.
Mark Hollands hesab edir ki, bu yeni müşahidələr elmin əlində olan spektral məlumat bazasını 10 dəfə artıra bilər. Bu isə gələcəkdə kosmosda qeyri-adi rənglərə malik yeni ulduzların tapılmasına yol açacaq.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
