İordaniyanın Əl-Kərək əyalətində kilsə yaxınlığında terror aktı baş verib. Silahlı hücum dəfn mərasimi keçirilən zaman törədilib.

“Realist.az” “Al Mamlaka” telekanalına istinadən xəbər verir ki, insident nəticəsində yaralananların sayı 28 nəfərə çatıb. Hadisə yerinə çoxlu sayda təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İtkilər barədə son məlumatlar

Atışma zamanı 6 nəfərin həlak olduğu bildirilir. İlkin məlumatlarda isə 7 nəfərin öldüyü qeyd olunmuşdu.

“Realist.az” TASS-a istinadən bildirir ki, yaralıların müalicəsi xəstəxanalarda davam etdirilir. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın