İran və İsrail arasında birbaşa hərbi qarşıdurma əlamətləri nəzərəçarpacaq dərəcədə güclənib və tərəflər kritik nöqtəyə yaxınlaşır.
Bu barədə İran parlamenti spikerinin müşaviri Məhəmmədi bəyan edib.
İranlı rəsmə qeyd edib ki, “düşmən ‘sıfır saatı’na yaxınlaşıb”. Proqnozunu əsaslandıran müşavir İraq səması üzərində hərbi aviasiya uçuşlarının intensivləşməsinə, İsrail ərazisindəki qüvvələrin manevrlərinə və müxtəlif ssenarilərdə maksimum operativ çevikliyi təmin etmək üçün görülən miqyaslı hazırlıqlara diqqət çəkib.
“İsrail əsas kəşfiyyat və strateji çətinliklərlə üz-üzədir”
Məhəmmədi vurğulayıb ki, İsrailin üzləşdiyi əsas çağırışlar kəşfiyyat, əməliyyat və strateji xarakter daşıyır. Bu çətinliklərin sırasına hədəflər haqqında ətraflı məlumatın əldə edilməsi, həmin hədəflərə çıxışın saxlanılması, həmçinin ehtimal olunan müharibənin vaxtına, məkanına və nəticələrinə nəzarət daxildir.
Bununla belə, İran parlamenti spikerinin müşaviri İsrail tərəfinin hərbi əməliyyatlara başlamaq üçün bu problemlərin tam həll olunmasını gözləməyə biləcəyini diqqətə çatdırıb. O əlavə edib ki, istənilən taktiki səhv və ya impulsiv qərar yeni silahlı münaqişə dalğasına təkan verə bilər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
