İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai Yaxın Şərq regionunda gərginliyin artmasında və mövcud qeyri-sabitlikdə birbaşa Birləşmiş Ştatları ittiham edib.

İran diplomatı Vaşinqtonun regiondakı hərəkətlərini kəskin tənqid edib:

“Onlar cəmi 9 aydan da az bir müddətdə, diplomatik danışıqların davam etdiyi bir vaxtda İrana iki dəfə hərbi hücum təşkil ediblər. Liderlərimizi qətlə yetirib, müxtəlif iqtisadi sanksiyalar vasitəsilə İran xalqına təzyiqləri daha da gücləndiriblər.”

“Bütün dünya ABŞ və İsrailin təcavüzünün bədəlini ödəyir”

İsmayıl Bəqai vurğulayıb ki, Vaşinqton və Təl-Əvivin hərbi müdaxilələri yalnız regiona deyil, bütün qlobal sistemə ciddi zərər vurur:

“Regiondakı xaosdan tutmuş, dünyanın dörd bir yanındakı iqtisadi dalğalanmalara və enerji qeyri-sabitliyinə qədər bütün bu fəsadların bədəlini dünya birliyi ödəyir. Bölgəni əvvəlcə xaosa sürükləyib, sonra da başqalarından zərərçəkən tərəfi qınamağı tələb edə bilməzsiniz.”

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın