İrandan ABŞ-yə ULTİMATUM: Hörmüz boğazının açılması üçün 7 ŞƏRT – Vaşinqtona 2 gün vaxt verildi
İran Hörmüz boğazının açılması və danışıqlar prosesinin bərpası üçün yerinə yetirilməsi vacib olan 7 şərtlə bağlı ABŞ-dən rəsmi cavab gözləyir.
Realist.az xəbər verir ki, bu barədə İran Parlamenti (Məclis) sədri Məhəmməd Baqir Qalibaf “Al Jazeera” telekanalına verdiyi eksklüziv müsahibəsində bildirib.
Qalibafın sözlərinə görə, Tehran rəsmi mövqeyini Qətərdən olan vasitəçilər vasitəsilə Vaşinqtona çatdırsa da, ABŞ tərəfi hələ ki, konkret cavab təqdim etməyib: “İndi növbə Vaşinqtondadır”.
Tehranın ABŞ qarşısında qoyduğu əsas tələblər
İranın təqdim etdiyi əsas şərtlər sırasına aşağıdakılar daxildir:
-
İqtisadi və neft embarqosunun tam ləğvi;
-
Xaricdə dondurulmuş İran aktivlərinin blokdan çıxarılması;
-
Tehrana müttəfiq qüvvələrlə münaqişə de daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması;
-
İranın daxili işlərinə hər hansı müdaxilədən imtina edilməsi.
Qalibaf vurğulayıb ki, bu şərtlərin yerinə yetirilməsi tərəflər arasında etimadın bərpası və tamhüquqlu danışıqlara keçid üçün mütləqdir. O, həmçinin əlavə edib ki, vasitəçilər ABŞ tərəfinin cavabını gözləmə müddətini 7 gündən 2 günə qədər qısaltmağa nail olublar.
“Yenidən hücum olarsa, güclə cavab verəcəyik”
İran Məclisinin sədri xəbərdarlıq edib ki, ABŞ və ya İsrail tərəfindən yeni bir hərbi hücum olacağı təqdirdə Tehran adekvat və sərt şəkildə cavab verəcək. O, İranın müdafiə qabiliyyətini daha da gücləndirdiyini və münaqişənin istənilən gərginləşmə ssenarisinə tam hazır olduğunu diqqətə çatdırıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

