İran heç bir halda Birləşmiş Ştatların hərbi gəmilərinin Fars körfəzi akvatoriyasına daxil olmasına imkan verməyəcək.

“Realist.az”ın verdiyi məlumata görə, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdullahi rəsmi bəyanatla çıxış edib.

“Trampın bəyanatları daxili auditoriyaya hesablanıb”

İranın “Tasnim” xəbər agentliyi A.Abdullahinin sözlərindən sitat gətirərək vurğulayır:

“ABŞ Prezidenti Donald Tramp dəfələrlə iddia edib ki, guya İranın nüvə obyektlərini sıradan çıxarıblar. Lakin eyni zamanda dəfələrlə bəyan edirlər ki, ‘İranın nüvə silahı olmamalıdır’. Bu açıq-aşkar ziddiyyət bitmək bilmir.”

General-mayor əlavə edib ki, ABŞ dövlət başçısının səsləndirdiyi bu fikirlər sırf daxili auditoriyaya və siyasi manevrlərə hesablanıb.

“ABŞ ordusunun sərhədlərimizə yaxınlaşmağa cəsarəti çatmır”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi həmçinin ABŞ hərbi kontingentinin regiondakı imkanlarını qiymətləndirərək bildirib ki, Amerika hərbi qüvvələrinin Hörmüz boğazı vasitəsilə İranın dəniz və quru sərhədlərinə yaxınlaşmağa cəsarəti çatmaz.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın