İsrailin ali hərbi rəhbərliyi ölkənin siyasi rəhbərliyinə İslama Respublikasına dərhal zərbə endirməkdən çəkinmək barədə xəbərdarlıq edib.
İsrailin “Kan 11” telekanalının mənbələrə istinadən verdiyi məlumata görə, güc strukturları səsvermə ərəfəsində hərbi əməliyyatların başlanmasının cəmiyyət tərəfindən ölkədəki siyasi vəziyyətə təsir göstərmək cəhdi kimi qəbul ediləcəyindən ehtiyat edirlər.
Mənbələr məsələnin həssaslığını vurğulayaraq bildirirlər ki, hərbi əməliyyatlara başlamaq qərarı seçkiqabağı gündəmlə sıx bağlı görünə bilər.
Güc strukturları hesab edir ki, belə bir addım təkcə əməliyyatın hərbi zərurəti ilə bağlı deyil, həm də siyasi rəhbərliyin niyyətləri barədə suallar doğuracaq. Nəticədə İrana oluna biləcək ehtimal olunan zərbələr ölkə daxilində kəskin siyasi diskussiyaların mövzusuna çevrilə bilər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
