Fransa-İsrail mənşəli mütəxəssislər tərəfindən təsis edilmiş İsrailin “Senao” (Senai) şirkəti TikTok və Instagram sosial şəbəkələrindəki böyük həcmli video kontentləri analiz edən alətin satışı üçün Avropa hökumətləri ilə danışıqlar aparır.
Fransa xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan “Intelligence Online” nəşrinin məlumatına görə, platforma təsvir və səsləri təhlil etmək, internetdə dərc edilən videoları izləmək və kəşfiyyat analitikləri üçün xülasələr hazırlamaq məqsədilə süni intellektdən (AI) tətbiq edir. Məhsul potensial müştərilərə “Videolar üçün Palantir” kimi təqdim olunur.
“Çin şoku” və etirazların izlənilməsi
Nəşr qeyd edir ki, bu texnologiya etiraz hərəkatlarının inkişafını izləmək və iğtişaş risklərini əvvəlcədən müəyyən etmək istəyən Avropa hakimiyyət orqanlarının marağına səbəb ola bilər. Bundan əvvəl bənzər texnologiyalardan Yaxın Şərqin bəzi təhlükəsizlik xidmətləri istifadə edib.
2026-cı ilin fevral ayında “Senai” 6,2 milyon dollar investisiya cəlb edib və hazırda ABŞ fondunun da iştirak edə biləcəyi növbəti maliyyələşmə raunduna hazırlaşır. Şirkətin rəhbərliyi arasında İsrailin NSO, Cognyte və Voyager Labs kimi məşhur texnologiya şirkətlərinin keçmiş əməkdaşları yer alır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
