İsraildə elit “Lahav-433” polis bölməsinin təcrübəli müstəntiqi İran kəşfiyyatı ilə əlaqəli olduğu ehtimal edilən şəxslə əməkdaşlıq şübhələri səbəbindən vəzifəsindən azad edilib.
Realist.az “Walla” nəşrinə istinadən xəbər verir ki, istintaqın versiyasına görə, polis əməkdaşı “Telegram” messencerində ehtimal olunan İran agenti ilə yazışıb, ondan açıq ərazinin fotosunu çəkmək tapşırığı alıb və bunu pul mükafatı müqabilində yerinə yetirib.
Sabiq müstəntiqin mövqeyi və istintaqın gedişi
Keçmiş müstəntiqin özü isə bildirir ki, əlavə qazanc yeri axtarıb və sifarişçinin xarici kəşfiyyatla mümkün əlaqəsindən xəbəri olmayıb. Onun sözlərinə görə, ilk şübhəli müraciətdən sonra baş verənlər barədə öz rəhbərliyinə məlumat verib.
Qeyd olunur ki, sabiq əməkdaşın təqsiri hazırkı mərhələdə sübuta yetirilməyib və faktla bağlı istintaq tədbirləri davam etdirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


