İtaliya prokurorluğu İsrailin müdafiə naziri İsrael Katzı, Baş Qərargah rəisi Eyal Zamiri və İsrail ordusunun, polis və penitensiar sistemin digər 11 yüksək vəzifəli nümayəndəsini “Sumud Flotiliyası”nın aktivistlərinin saxlanılması zamanı ehtimal olunan qanun pozuntuları ilə bağlı istintaqa daxil edib. Bu barədə Reuters məlumat yayıb.

İstintaqın başladılmasına səbəb flotiliyanın iki missiyasından sonra saxlanılan 50 İtaliya vətəndaşının şikayətləri olub.

Qeyd edək ki, əvvəllər istintaqın mərkəzində əsasən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir dayanmışdı. İtaliya prokurorları həmçinin İsraildən məhkəmə yardımı tələb ediblər və avropalı həmkarları ilə əməkdaşlığı əlaqələndirirlər.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın