Kuba Xarici İşlər Nazirliyi Vaşinqtonun Havanamı hədəf alan ticarət və iqtisadi embargosu ilə bağlı növbəti beynəlxalq böhranın yarandığını bəyan edib.

Kuba Xarici İşlər Naziri Bruno Parrilya, ABŞ Dövlət Katibi Marko Rubionu BMT Baş Assambleyasında keçiriləcək vacib səsvermə öncəsi digər dövlətlərə açıq şəkildə təzyiq göstərməkdə və onları şantaj etməkdə günahlandırıb.

“Liderləri Mövqelərini Dəyişməyə Məcbur Edirlər”

Kuba diplomatik korpusunun rəhbəri bildirib ki, Vaşinqton Karib respublikasına qarşı tətbiq edilən blokadanın ləğvi əleyhinə səs verilməsini təmin etmək üçün bütün imkanlarını səfərbər edib. Parrilyanın sözlərinə görə, Rubio bir sıra ölkələrin dövlət və hökumət başçılarını səsvermə zamanı mövqelərini dəyişməyə məcbur edir.

“Kuba Xalqına Qarşı Kollektiv Cəza Aktı”

Gərginliklə bağlı özünün “X” (keçmiş Twitter) hesabında paylaşım edən Parrilya ABŞ administrasiyasının addımlarını kəskin şəkildə pisləyib.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın