EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Lənkəran Regional “ASAN Xidmət” mərkəzində fövqəladə hallar zamanı əməkdaşların düzgün davranışını və təhlükəsiz təxliyəsini əhatə edən təlim keçirilib.

Realist.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, təlim nazirliyin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Təlim iştirakçılarına təbii və texnogen xarakterli hadisələr zamanı təhlükəsizlik qaydaları, yanğınsöndürmə vasitələrindən və fərdi mühafizə avadanlıqlarından istifadə, eləcə də dəm qazı təhlükəsizliyi barədə məlumat verilib.

Nəzəri hissədən sonra şərti fövqəladə hadisə ssenarisi üzrə praktiki məşğələlər keçirilib. Bu mərhələdə əməkdaşların təhlükəli ərazidən təxliyəsi, zərərçəkənlərə ilkin yardımın göstərilməsi, hadisə yerində kəşfiyyatın aparılması və nəticələrin aradan qaldırılması üzrə əməliyyatlar icra olunub.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın