Belarus lideri Aleksandr Lukaşenko ölkəsinin lazım gələrsə, Ukrayna üzrə danışıqlar üçün öz platformasını təqdim etməyə hazır olduğunu bildirib. “Lazım gələrsə, Belarus təşkil edəcək”, – deyə o, Belarus mətbuatına bildirib. Lukaşenko həmçinin əlavə edib ki, ölkənin bu dialoqu mütləq təşkil etmək kimi heç bir gizli niyyəti yoxdur.

Yenifikir.media xəbər verir ki, Lukaşenko 22 avqust tarixində ABŞ prezidenti Donald Trampın Alyaskada Rusiya lideri Vladimir Putinlə görüşdə uğurlu vasitəçi rolunu oynadığını vurğulayıb. O bildirib ki, Trampın danışıqlarda “uğursuz olduğu” fikri yanlışdır, çünki tərəflər arasında konkret razılaşmalar əldə edilməyib.

Yenifikir.media

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın