Rusiyanın “Maşa və Ayı” cizgi serialı Ukrayna YouTube-u uşaq kontentində liderdir. Ukraynalı izləyicilər üçün yaradılmış dublajlı kanal bu ilin yarısında 800 milyondan çox baxış toplayıb.

Analitiklər bildirir ki, 2025-ci ildə kanal Ukrayna auditoriyasından 2 milyon dollardan çox gəlir əldə edə bilər. Kanalın təsvirində ölkə Ukrayna göstərilsə də, .ru domenli sayt və “VKontakte” səhifəsinə keçidlər aktivdir.

Ukraynada ən populyar 20 uşaq kanalının yarısı ukraynadillidir, lakin ilk onluqda hələ də rusdilli kontent üstünlük təşkil edir.

Eyni zamanda, Xarkov bloqeri və filoloq Alina Ostrojska idman terminlərindəki rusca sözlərin ukraynaca əvəzlənməsi təşəbbüsünü irəli sürüb.

Yenifikir.media

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın